Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Dr. Bədriyyə Əl-Şəhhi Azərbaycan Respublikasının Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayeva ilə görüşüb. Görüş zamanı iki dost ölkə arasında mövcud olan üstün ikitərəfli əlaqələr yüksək qiymətləndirilib. Həmçinin Azərbaycan Qadın
Sahibkarlığının İnkişafı Assosiasiyası ilə BƏƏ-nin qadın sahibkarları arasında birgə əməkdaşlıq imkanları müzakirə olunub, dost ölkələr arasında bütün sahələrdə birgə iqtisadi və investisiya əməkdaşlığını gücləndirmək və inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.