Təhnun bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb

Əbu-Dabi Əmirliyinin Hakim müavini, Milli Təhlükəsizlik üzrə müşavir, Zati-aliləri Şeyx Təhnun bin Zayed Al Nəhyan Azərbaycan Respublikasına səfər etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə görüşmüşdür.

Görüş zamanı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri, habelə bu münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara xidmət edən birgə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir.

Səfər çərçivəsində, həmçinin iki dost ölkə arasında əməkdaşlıq və birgə investisiya sahələrinin genişləndirilməsi məqsədilə hər iki tərəfdən bir sıra qurumlar arasında bir neçə saziş və anlaşma memorandumunun imzalanması və mübadiləsi həyata keçirilmişdir.

Görüşdə və sazişlərin imzalanması mərasimində Zati-aliləri Şeyx Zayed bin Həmdan bin Zayed, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri cənab Muhəmməd Murad Əl-Bəluşi, eləcə də hər iki tərəfdən bir sıra yüksək vəzifəli şəxslər və aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.