İkitərəfli münasibətlər
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər güclü siyasi dialoq, genişlənən iqtisadi əlaqələr, energetika sahəsində əməkdaşlıq və artan müdafiə tərəfdaşlığı üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlığa çevrilmişdir. Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan (Allah onu qorusun) və Zati-aliləri Prezident İlham Əliyev arasında tez-tez baş tutan yüksək səviyyəli təmaslar bir çox sektorlar üzrə ikitərəfli əməkdaşlığı sürətləndirmişdir.
Əsas tarixi mərhələlərdən biri 2025-ci ilin iyul ayında Əbu-Dabidə BƏƏ-Azərbaycan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) imzalanması olmuşdur. Saziş ikitərəfli mal ticarətinin əksər hissəsini rüsumlardan azad etməklə yanaşı, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, logistika, xidmətlər və təchizat zəncirinin inteqrasiyası sahəsində uzunmüddətli əməkdaşlığı institusionallaşdırmışdır. CEPA həmçinin icraya və sərmayələrin stimullaşdırılmasına nəzarət etmək üçün ixtisaslaşdırılmış komitələr və texniki şuralar təsis etmişdir.
İkitərəfli münasibətlər Hərtərəfli Strateji Tərəfdaşlığın elan edilməsi və iqtisadi, siyasi, texnoloji və təhlükəsizlik məsələləri üzrə əlaqələndirmə üçün institusional çərçivə təmin edən Hərtərəfli Strateji Tərəfdaşlıq Əməkdaşlıq Komitəsinin yaradılması ilə daha da yüksək səviyyəyə qaldırılmışdır. Komitənin Əbu-Dabidə keçirilən təsis iclası qarşılıqlı prezident səfərlərinin və strateji əlaqələndirmə mexanizmlərinin vacibliyini vurğulamışdır.
Qarşılıqlı prezident səfərləri tərəfdaşlığın müəyyənedici xüsusiyyətinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyev Əbu-Dabiyə bir neçə dəfə səfər etmişdir, öz növbəsində dövlət başçısı (Allah onu qorusun) Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan aşağıda göstərildiyi kimi Azərbaycan Respublikasına 3 rəsmi prezident səfəri həyata keçirmişdir:
- 8–9 yanvar 2024-cü il: Bu, Əlahəzrətin Azərbaycan Respublikasına ilk rəsmi prezident səfəridir.
- 11–12 noyabr 2024-cü il: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransında (COP 29) iştirak etmək üçün Bakıya işgüzar səfər.
- 16 sentyabr 2025-ci il: Bakı, Füzuli və Şuşaya səfərləri əhatə edən rəsmi səfər.
Şeyx Məhəmməd bin Zayedin (Allah onu qorusun) Şuşa da daxil olmaqla Azərbaycana tarixi səfəri kimi qiymətləndirilən son səfəri zamanı bir çox ikitərəfli sazişlər imzalanmışdır. Bu səfərlər bərpa olunan enerji, infrastruktur, nəqliyyat dəhlizləri və regional diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirmişdir.
İqtisadi əməkdaşlıq əsasən BƏƏ şirkətlərinin Azərbaycanın bərpaolunan enerji, logistika, tikinti və infrastruktur sektorlarına yatırdığı sərmayələr vasitəsilə sürətlə genişlənmiş, Azərbaycan qurumları isə BƏƏ-də yerləşən maliyyə və ticarət mərkəzləri ilə əlaqələrini artırmışdır. Hər iki tərəf özəl sektorun tərəfdaşlığını dərinləşdirməyə və sərhədçıxaran kapital axınlarını asanlaşdırmağa yönəlmiş birgə investisiya fondunun və Birgə İşgüzar Şuranın yaradılması istiqamətində addımlar atır.
BƏƏ, həmçinin Cənubi Qafqazda mühüm diplomatik platformaya çevrilmişdir. Əbu-Dabi Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüşə ev sahibliyi etmişdir ki, bu da BƏƏ-nin Azərbaycan və Ermənistan arasında regional dialoq və normallaşma səyləri üçün neytral məkan kimi artan rolunu nümayiş etdirir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da eyni şəkildə intensivləşmişdir. İki ölkə Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimini keçirmişdir ki, bu da silahlı qüvvələri arasında artan hərbi qarşılıqlı fəaliyyəti və strateji əlaqələndirməni əks etdirir. Hər iki ölkənin rəhbərliyi birgə təlimlərin davam etdirilməsinin və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
15 oktyabr 2026-cı il Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri cənab Xəlifə Şahin Əl-Murər paytaxt Bakı şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə toplantısında iştirak edib. Tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri cənab Muhəmməd Murad Əl-Bəluşi də iştirak edib.
Cənab Xəlifə Şahin Əl-Mərrər çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlətlər arasında əlaqələrin qurulmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
O, ümumi çağırışların öhdəsindən gəlməyin sülh və sabitliyin təmin olunması üçün əsas şərt olduğunu qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin dialoqu, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqların qurulmasını dəstəkləyən mövqeyini bir daha təsdiqləyib.
İqtisadi Əməkdaşlıq
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan ikitərəfli münasibətlərdə yeni səhifə açmaq, iqtisadi artımı, şaxələndirməni və strateji sektorlara sərmayələri stimullaşdırmaq məqsədilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalamışdır. BƏƏ Azərbaycanda aparıcı investorlardan biri olaraq, xüsusilə bərpaolunan enerji sektorunda strateji tərəfdaş qismində çıxış edir. BƏƏ ilə Azərbaycan arasında ticarət əlaqələrini genişləndirmək, ticarət və investisiya imkanlarını artırmaq məqsədilə Birgə İşgüzar Şura yaradılmışdır ki, bu da iqtisadi əməkdaşlığın dərinləşməsini nümayiş etdirir.
Burada Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsinin 2017-ci ildən bəri fəaliyyətini xüsusi vurğılamaq lazımdır ki, bu da Azərbaycanın BƏƏ-nin bölgədəki roluna verdiyi önəmi təsdiqləyir. 2019-cu il yanvarın 15-də Dubayda Azərbaycan Ticarət Evi açılmışdır, həmçinin Dubay Ticarət və Sənaye Palatasının Bakıdakı nümayəndəliyinin fəaliyyəti BƏƏ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında nəzərəçarpacaq dərəcədə mühüm rol oynayır.
İki ölkə hökumətləri arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqquz iclası keçirilmişdir ki, bunların sonuncusu 2024-cü ildə Şuşada (Azərbaycan) baş tutmuşdur.
İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Dövlət Naziri Zati-Aliləri Dr. Amna bint Abdullah Al Dahak Al Şamsinin 16–17 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasına rəsmi səfəri baş tutdu. Səfər ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və heyvandarlıq sektorunda ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdir. Səfər zamanı o, bir sıra Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirmişdir.
Fevralın 11-də Əbu-Dabi Əyalətinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri, Zati-aliləri Məhəmməd Əl Şorafa rəhbrlik etdiyi nümayəndə heyəti və ölkəmizin Bakıdakı səfiri, Zati-aliləri Məhəmməd Murad Əl Bəluşinin iştirakı ilə Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüşdür. Səfər zamanı Əbu-Dabi ilə Bakı arasında qardaşlaşmış şəhərlər münasibətlərinə dair anlaşma memorandumu imzalanmış, həmçinin bütün sahələrdə birgə iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunmuşdur.
28-29 aprel 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Naziri Zati-aliləri Səid Əl-Həcəri ikitərəfli münasibətlərin və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə diqqət yetirərək Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
BƏƏ-Azərbaycan Strateji Tərəfdaşlıq Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda Dövlət Naziri Zati-Aliləri Səid Əl-Həcəri və Xarici İşlər Nazirinin müavini Zati-aliləri Yalçın Rəfiyevin həmsədrliyi ilə keçirildi. Görüşdə iki dost ölkə arasında əməkdaşlığın gedişi və hərtərəfli strateji tərəfdaşlığı dəstəkləyən birgə işin müxtəlif sahələrində əldə edilən nailiyyətlər müzakirə edildi. Həmçinin, 2025-2029-cu illər üçün Yol Xəritəsinin və prioritet layihələrin icrası izlənildi. Dövlət Naziri Zati-Aliləri Səid Əl-Həcərinin rəhbərlik etdiyi BƏƏ nümayəndə heyəti Azərbaycan tərəfi ilə iki dost ölkə arasında əməkdaşlığı gücləndirən Anlaşma Memorandumu imzaladı.
AZCON Holding və Əbu Dabi Limanlar Qrupu, Azərbaycanda limanlar, dəniz gəmiçiliyi, logistika və rəqəmsal ticarət həlləri sahələrində strateji əməkdaşlıq imkanlarını araşdırmaq üçün Anlaşma Memorandumu imzaladılar.
İyunun 1-dən 3-dək BƏƏ nümayəndə heyətinə Energetika və İnfrastruktur Nazirliyinin müavini rəhbərlik etmiş, nümayəndə heyətinə “ADNOC”, “Masdar” və “XRG” şirkətlərinin yüksək səviyyəli nümayəndələri daxil olmuşdur. Bu iştirak bütün tədbirlər boyunca tərəfdaşlar və maraqlı tərəflərlə yüksək səviyyəli ünsiyyətin gücləndirilməsini şəxsən dəstəkləyən və tədbirdə iştirak edən səfir Məhəmməd Əl Bəluşi tərəfindən əlaqələndirilmiş və dəstəklənmişdir. Tədbir çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüş, müzakirələr energetika sektorunda ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və strateji tərəfdaşlıq imkanlarının araşdırılmasına yönəlmişdir. Tədbir həmçinin “Abşeron” yatağından təbii qazın alqı-satqısı müqaviləsinin imzalanması ilə əlamətdar və mühüm nailiyyətə şahidlik etmişdir. Bu tədbir qlobal enerji bazarındakı inkişafları, enerji təhlükəsizliyini və davamlılıq təşəbbüslərini müzakirə etmək üçün hökumət nümayəndələrini, beynəlxalq enerji şirkətlərini, investorları və sektor liderlərini bir araya gətirən bölgənin ən mühüm energetika tədbirlərindən biri hesab olunur.
BƏƏ Azərbaycanda enerji, infrastruktur, logistika və bələdiyyə əməkdaşlığı sektorlarını əhatə edən güclü və şaxələnmiş investisiya portfelinə malikdir. Ənənəvi energetika sektorunda “ADNOC” Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağında 30% pay əldə etmişdir, “XRG” Cənubi Qaz Dəhlizinə sərmayə yatırır, “Esyasoft Holding” isə ağıllı qaz idarəetmə həllərinin tətbiqi üzrə işlər görür. Bərpaolunan enerji sektorunda “Masdar” 230 MVt gücündə “Qaradağ” günəş fotovoltaik layihəsini, 30 MVt gücündə tullantıların enerjiyə çevrilməsi stansiyasını, Bankə qəsəbəsində (Neftçala rayonu) və Biləsuvar bölgəsində günəş fotovoltaik layihələrini, eləcə də Abşeron-Qaradağ ərazisində quru külək energetikası layihəsini əhatə edən geniş portfeli ilə səylərə rəhbərlik edir. “Masdar” həmçinin 2 QVt gücündə dəniz külək və hidrogen layihələrini, 1 QVt gücündə günəş fotovoltaik layihələrini və 1 QVt gücündə quru külək energetikası layihələrini əhatə edən nəhəng birgə inkişaf təşəbbüslərinə də rəhbərlik edir.
Daha geniş iqtisadi və infrastruktur əlaqələri qarşılıqlı maraq doğuran prioritet sektorları hədəfə almaq məqsədilə “ADQ” investisiya şirkəti ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yaradılmış birgə müəssisə, həmçinin “Modon Holding” tərəfindən həyata keçirilən “Şəhər içində şəhər” layihəsi vasitəsilə daha da gücləndirilir. Bundan əlavə, “AbU-Dabi Portlar Qrupu” (“AD Ports Group”) limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri sahələrində strateji əməkdaşlıq yollarını araşdırmaq üçün “AZCON Holding” ilə tərəfdaşlıq etmişdir, “flydubai” və “Air Arabia” şirkətlərinin təqdim etdiyi uçuş və yük xidmətləri vasitəsilə isə hava əlaqəsi qorunub saxlanılır. Bu çoxtərəfli əlaqə Əbu-Dabi və Bakı bələdiyyələri arasındakı şəhər qardaşlaşması təşəbbüvü, eləcə də Qarabağ bölgəsində minalardan təmizləmə səyləri vasitəsilə həyati əhəmiyyət daşıyan humanitar dəstək daxil olmaqla ikitərəfli əməkdaşlıqla tamamlanır.
Mədəni Əməkdaşlıq
Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi 2004-cü il aprelin 25-də imzalanmışdır.
BƏƏ-də Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanda isə BƏƏ Mədəniyyət Günləri keçirilmiş, həmçinin bir sıra azərbaycanlı rəssam və musiqiçilər Birləşmiş Ərəb Əmirliklərində keçirilən festival və tədbirlərdə müntəzəm olaraq iştirak etmişlər.
Birləşmiş Ərəb Əmirlikləri hər il Bakının ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoqa dair qlobal “Bakı Prosesi” forumunda, eləcə də Beynəlxalq Humanitar Forumda təmsil olunur.
Mədəniyyət naziri Şeyx Səlim bin Xalid Əl Qasımi 2024-cü il mayın 1-də Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə VI Qlobal Forumda iştirak edən nümayəndə heyətinə rəhbərlik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İSESKO-nun Baş direktorunun iştirakı ilə Şuşa şəhərində mədəniyyət gününün tədbirləri açılmışdır. Tədbirdə müxtəlif ölkələrdən gələn incəsənət kollektivləri, o cümlədən BƏƏ-nin “Əl Məzyud” ansamblı iştirak etmişdir.
2025-ci il dekabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü münasibətilə Əbu-Dabidəki Şeyx Zayed Festivalında möhtəşəm “İttifaq Yürüşü” təşkil olunmuşdur. Tədbirdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, yüksək vəzifəli şəxslər və ərəb tayfalarının nümayəndələri iştirak etmişlər.
Əfsanəvi “Qarabağ” atlarında çaparaq çıxış edən Dövlət Sərhəd Xidmətinin süvari bölməsini özündə birləşdirən Azərbaycan nümayəndə heyəti “Azərbaycan – Odlar Yurdu” adlı xüsusi şou təqdim etmişdir. Süvarilərin yüksək peşəkarlığı ilə yanaşı, şouda ənənəvi Azərbaycan musiqisi və milli rəqsləri nümayiş etdirilmişdir ki, bu da tamaşaçıların böyük rəğbətinə səbəb olmuş və gurultulu alqışlarla qarşılanmışdır.
4 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il üçün yeddinci dəfə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüşdür. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevi təbrik etmiş və BƏƏ-nin qlobal miqyasda insan qardaşlığının təşviqinə sarsılmaz sadiqliyini vurğulayaraq, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın humanitar fəaliyyət liderlərini, sülhməramlıları, xalqlar arasında birgəyaşayış və həmrəyliyi təşviq edən təşəbbüsləri ehtiramla qeyd etdiyini bildirmişdir.
13 mart 2026-cı il: Azərbaycan tərəfi ilə sosial əlaqələrin və diplomatik ünsiyyətin gücləndirilməsi çərçivəsində Səfirlik "İftarda qardaşlıq mühiti" şüarı altında Ramazan iftar mədəni tədbiri təşkil etmişdir. Tədbirə Azərbaycan Respublikasının dövlət və özəl sektorunun yüksək səviyyəli rəsmiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən BƏƏ şirkətlərinin rəhbər şəxsləri dəvət olunmuşdur. Bu tədbir Azərbaycandakı yüksək səviyyəli rəsmilərlə sosial əlaqələrin möhkəmlənməsinə töhfə vermiş, tərəflər arasında müxtəlif sahələrdə birgə əməkdaşlıq imkanları barədə dialoq üçün imkanlar yaratmış, həmçinin iştirakçılarla birbaşa sosial qarşılıqlı əlaqə vasitəsilə "yumşaq diplomatiya" konsepsiyasının dəstəklənməsində mühüm rol oynamışdır.
16 iyun 2026-cı il: Səfirlik Azərbaycan Dillər Universiteti və Bakıdakı Şeyx Zayed Ərəb Dili Tədrisi Mərkəzi ilə əməkdaşlıq, həmçinin BƏƏ-nin Tolerantlıq və Birgəyaşayış Nazirliyinin fəal iştirakı ilə "BƏƏ tolerantlığı: sarsılmaz irs və davamlı vizyon" şüarı altında mədəni tədbir təşkil etmişdir. Bu tədbir iki dost ölkə arasında mədəni və akademik əməkdaşlıq sahəsində ikitərəfli əlaqələrin canlandırılmasında mühüm rol oynamış və tərəflər arasında birgə əməkdaşlıq üçün yeni üfüqlər açmışdır.
Ölkəni Ziyarət Edin
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün Azərbaycan Respublikasında turist bələdçisi
2026
Azərbaycan Respublikasındakı Birləşmiş Ərəb Əmirlikləri Səfirliyi dəyərli vətəndaşlarını salamlayır və sizə Azərbaycanda xoş və uğurlu istirahət arzulayır.
(Sizdən xahiş edirik ki, Azərbaycanın qanunlarına riayət edəsiniz və xaricdə dövlətimizin səfirləri olan BƏƏ vətəndaşlarının ölkəmizi layiqincə təmsil edən gözəl və nümunəvi imicinin qorunmasına diqqət yetirəsiniz.)
Sizə Azərbaycan Respublikasına dair xüsusi hazırlanmış turist bələdçisini təqdim edirik.
Rəsmi dil:
Rəsmi dil Azərbaycan dilidir. Rus dili də geniş yayılmışdır, ingilis dilindən isə məhdud şəkildə istifadə olunur.
Milli valyuta:
Azərbaycan Respublikasında istifadə olunan valyuta: Azərbaycan manatı (AZN).
Valyuta məzənnələri ilə aşağıdakı internet saytı vasitəsilə tanış olmaq mümkündür:
https://www.cbar.az/currency/rates?language=en
Yerli namaz vaxtları:
Azərbaycan Respublikasında namaz vaxtları ilə aşağıdakı internet saytı vasitəsilə tanış olmaq mümkündür:
https://www.qafqazislam.com/index.php?lang=en§ionid=123
Azərbaycan Respublikasında qüvvədə olan əsas qanunlar (səyahət zamanı xəbərdarlıqlar və tövsiyələr)
Hörmətli vətəndaş, aşağıdakı tələblərə riayət etməyiniz xahiş olunur:
- Azərbaycana səfər edən hər bir əcnəbi hər bir elektron cihaz və mobil telefon növündən 1 ədəd gətirə bilər. Bu cihazların ümumi dəyəri 800 ABŞ dollarını keçməməlidir. Göstərilən məbləğ aşıldığı təqdirdə, cihazların faktiki dəyərinin 36%-i həcmində gömrük rüsumu ödənilməlidir.
- Ov etmək istəyən şəxslər Azərbaycana gəlməzdən əvvəl bu sahə üzrə ixtisaslaşmış şirkətlərdən ovçuluq lisenziyası almalıdırlar. Quşların ölkəyə gətirilməsi üçün Azərbaycana gəlməzdən əvvəl bu sahə üzrə ixtisaslaşmış şirkətlərdən müvafiq icazə alınmalıdır. Ovçuluq lisenziyası olmadan ov etmək və ya lisenziyanın şərtlərini pozmaq qanun pozuntusu hesab olunur. Bu halda şəxs cərimə edilə və 5 ilədək müddətə ölkədən deportasiya oluna bilər. Həmçinin ovlanmış hər bir quşa görə ayrıca cərimə tətbiq edilir. Dondurulmuş olsa belə, heç bir növ quşun ölkədən çıxarılmasına icazə verilmir.
- Azərbaycanda qalma müddətiniz 15 gündən artıq olduqda, qeydiyyatdan keçməyiniz tələb olunur. Azərbaycanda qalma müddətiniz 15 gündən artıq olduqda, Miqrasiya orqanlarında qeydiyyatdan keçməlisiniz. Adətən bu qeydiyyat prosedurunu mehmanxanalar həyata keçirir. Lakin qeydiyyatın mehmanxana tərəfindən aparıldığından əmin olmağınız xahiş olunur. Qeydiyyat aparılmadığı təqdirdə, ölkədən çıxış zamanı 300–400 manat məbləğində cərimə ödəməli ola bilərsiniz. Qeydiyyatdan Bakı, Quba, Qəbələ və Lənkəran şəhərlərində keçmək mümkündür. Həmçinin Gəncə, Naxçıvan şəhərlərində və bütün iri şəhərlərin mərkəzlərində qeydiyyatdan keçmək mümkündür. Elektron qaydada qeydiyyatdan keçmək üçün aşağıdakı internet saytına daxil olmağınız xahiş olunur:
https://e-regv2.migration.gov.az/Security/SignIn?lang=2 - Piyadalar üçün nəzərdə tutulmayan yerlərdən yolu keçmək hüquqi məsuliyyətə və 40 manatadək cəriməyə səbəb ola bilər.
- Əksər ictimai yerlərdə və obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilmişdir. Bu qaydaya riayət edilmədiyi təqdirdə, o cümlədən ictimai nəqliyyatda, avtomobillərdə və taksilərdə siqaret çəkildiyi halda 50 manat məbləğində cərimə tətbiq olunur. Təyyarədə uçuş zamanı siqaret çəkmək həmin aviaşirkətin reyslərindən bir daha istifadə etməyinizə qadağa qoyulmasına və təyyarə eniş etdikdən sonra barənizdə müvafiq tədbirlərin görülməsi üçün hava limanının təhlükəsizlik polisinə təhvil verilməyinizə səbəb ola bilər.
- Xarici vətəndaşın 10 000 ABŞ dollarından 50 000 ABŞ dollarınadək məbləği ölkəyə gətirmək istədiyi halda, bu barədə Azərbaycanın hava limanlarına giriş zamanı bəyan etməsi və bununla bağlı bildiriş alması tələb olunur ki, ölkədən çıxarkən həmin məbləği özü ilə çıxara bilsin. Məbləğ 50 000 ABŞ dollarını keçdikdə isə, giriş zamanı bəyan edilmiş olsa belə, həmin vəsaitin nağd şəkildə ölkədən çıxarılmasına icazə verilmir; məbləğ yalnız bank hesabı vasitəsilə köçürülmə yolu ilə ölkədən çıxarıla bilər.
- Azərbaycandan tarixi-mədəni irs nümunələri olan satın alınmış malları ölkədən çıxarmaq istəyən hər bir şəxs satıcıdan alış haqqında sertifikat almalı və ölkədən çıxarkən həmin sertifikatı hava limanında təqdim etməlidir.
Paytaxt Bakıdakı otellər:
FAIRMONT HOTEL BAKU 5
Xəzər dənizinə möhtəşəm mənzərəsi olan bu otel şəhərin biznes mərkəzindən avtomobillə cəmi 5 dəqiqəlik məsafədə yerləşir. Azərbaycanın ən dəbdəbəli otellərindən biri hesab olunur. Azərbaycan Parlamentinin, Şəhidlər Xiyabanının və ziyarətçiləri Şəhidlər Xiyabanı ilə bulvar arasında daşıyan kanat yolunun yaxınlığında yerləşir.
FOUR SEASONS HOTEL BAKU 5
Azərbaycanın ən dəbdəbəli otellərindən biridir. Bulvarın və İçərişəhərin yaxınlığında yerləşir.
EXCELSIOR HOTEL & SPA BAKU 5
Heydər Əliyev Mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yerləşir. Oteldən bulvara avtomobillə təxminən 10 dəqiqəyə çatmaq mümkündür.
JW MARRIOTT ABSHERON BAKU 5
Azadlıq meydanında, Hökumət Evinin yanında yerləşir. Bulvara, Port Baku Mall ticarət mərkəzinə və Bulvar Parkına yaxın ərazidə yerləşir.
HILTON HOTEL BAKU 5
Bulvar ərazisində, Park Bulvar Mall ticarət mərkəzinin yanında yerləşir.
HYATT REGENCY BAKU 5
Otel Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin yaxınlığında (avtomobillə 3 dəqiqəlik məsafədə) və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yerləşir.
BAKU MARRIOTT HOTEL BOULEVARD 4
Bulvar ərazisində yerləşir və şəhərin biznes mərkəzindən 4 km məsafədədir.
HOLIDAY INN HOTEL BAKU 4
Port Baku-nun yanında və bulvarın yaxınlığında yerləşir.
SHERATON BAKU INTOURIST 4
Xəzər dənizinə möhtəşəm mənzərəsi var və İçərişəhərin yaxınlığında yerləşir.
RAMADA HOTEL BAKU 4
Otel Şıxov çimərliyinin sahilində yerləşir.
SHAH PALACE HOTEL 4
Otel İçərişəhərin mərkəzində yerləşir və bulvarla Park Bulvar Mall ticarət mərkəzindən piyada cəmi 5 dəqiqəlik məsafədədir.
Qəbələ şəhərində otellər:
QAFQAZ RIVERSIDE HOTEL 5
Dağlar və yamyaşıl meşələr arasında gözəl məkanda yerləşir. Oteldə müxtəlif növ otaqlarla yanaşı, yaşayış üçün villalar da mövcuddur.
QAFQAZ TUFANDAG MOUNTAIN RESORT HOTEL 5
Dağlıq ərazidə yerləşən otel və kurortdur. Qəbələ Beynəlxalq Hava Limanından 20 km məsafədə yerləşir. Oteldə müxtəlif xizək fəaliyyətləri üçün bütün imkanlar, həmçinin kanat yolu mövcuddur.
Quba şəhərində otellər
QUBA PALACE HOTEL 5
Oteldə otaqlar və yaşayış üçün villalar mövcuddur.
Qusar şəhərində otellər
SHAHDAG MOUNTAIN RESORT
5 ulduzlu otel və kurort
- SHAHDAG HOTEL & SPA
- ZIRVE HOTEL
- GAYA RESIDENCES SHAHDAG
- PIK PALACE
- PARK CHALET
Kurortda kanat yolu mövcuddur və burada qış geyimləri ilə birlikdə müxtəlif növ xizək və qar fəaliyyətləri təklif olunur.
Daha ətraflı məlumat üçün kurortun rəsmi veb-saytına shahdag.az daxil olun.
Şamaxı şəhərində otellər
SHAMAKHI PALACE SHARADIL 5
Şəhər mərkəzindən 19 km məsafədə yerləşir və Qafqaz dağlarına möhtəşəm mənzərəsi var. Oteldə otaqlar və yaşayış üçün villalar mövcuddur.
Naxçıvan Muxtar Respublikasında otellər
Naxçıvana Azərbaycan Hava Yollarının (AZAL) reysləri ilə getmək mümkündür.
TABRIZ HOTEL 5
Naxçıvan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşir və şəhərin bütün turistik və müalicəvi məkanlarına yaxın ərazidədir.
DUZDAG HOTEL 5
Naxçıvanda yerləşən “Duzdağ” təbii fizioterapiya müalicə mərkəzində allergik xəstəliklər, xüsusilə bronxial astma müalicə olunur.
GRAND NAKHCHIVAN HOTEL 3
Şəhərin mərkəzində yerləşir. Oteldə iki nəfərlik otaqlar və ailəvi suitlər mövcuddur.
Gəncə şəhərində otel
RAMADA PLAZA BY WYNDHAM GENCE 5
Otel şəhərin mərkəzində, Heydər Əliyev parkının qarşısında yerləşir.
Bakının ən məşhur restoranları:
CHINAR
Restoran Four Seasons otelindən piyada 5 dəqiqəlik məsafədə yerləşir. Restoranda Hind, Çin, Koreya, Tayland və Yapon mətbəxlərinin yeməkləri təqdim olunur.
GUNAYDIN
Türk restoranıdır. Burada müxtəlif növ kabablar, həmçinin Azərbaycan və türk mətbəxinin yeməkləri təqdim olunur.
CHAYKI
Restoran bulvar ərazisində yerləşir və özünəməxsus üslubda hazırlanmış xüsusi Azərbaycan mətbəxi təamlarını təqdim edir.
HARBOUR
Restoran bulvar ərazisində, Port Baku Mall-ın yanında yerləşir və hindistan mətbəxi ilə yanaşı, beynəlxalq mətbəxin müxtəlif təamlarını təqdim edir.
MANGAL STEAK HOUSE
Müxtəlif növ kabablar və Azərbaycan mətbəxinin təamlarını təqdim edir.
MUGAM CLUB
İçərişəhərdə yerləşir və Azərbaycan mətbəxinin müxtəlif təamlarını təqdim edir.
NAKHCHIVAN
Restoran Parlament prospektində yerləşir və Fairmont otelindən 1 km məsafədədir. Burada Yaxın Şərq mətbəxinin xüsusi təamları təqdim olunur.
SUMAKH
Azərbaycan mətbəxinin müxtəlif təamlarını təqdim edir.
Paytaxtın turistik məkanları:
ATESHGAH
Atəşgah (Od məbədi)
Zərdüştilik dininə aid tarixi və arxeoloji məbəddir. Abşeron yarımadasında yerləşir. Zərdüştilər burada dini ayinlərini icra edirdilər.
Xalça Muzeyi
Muzey bulvar ərazisində yerləşir və burada xalçaların müxtəlif növləri, eləcə də xalçalar haqqında ingilis dilinə tərcümə edilmiş ətraflı məlumatlar təqdim olunur. Muzeyin memarlıq dizaynı nəhəng xalça formasındadır. Həmçinin muzeydə xalçaçılıq və tətbiqi sənət mövzusunda açıq mühazirələr təşkil olunur.
Müasir İncəsənət Muzeyi
Muzeydə yerli rəssamların heykəltəraşlıq və rəsm əsərlərindən ibarət kolleksiya nümayiş olunur. Buradakı əsərlər XX əsrin ikinci yarısından bu günə qədər olan dövrü əhatə edir.
Bulvar
Bakı Bulvarı – İçərişəhərin və dəbdəbəli otellərin yanında əlverişli və gözəl məkanda yerləşir. Burada Xəzər dənizinə birbaşa açılan mənzərəli parklar, restoranlar, ticarət mərkəzləri və kafelər yerləşir.
Bakı funikulyoru
Bakı funikulyorunun iki stansiyası var: enmə stansiyası Fairmont otelinin yanında, Şəhidlər Xiyabanında yerləşir. Minmə stansiyası isə bulvar ərazisində, Çinar restoranının yanında yerləşir. İki stansiya arasındakı məsafə 500 metrdir.
Qobustan (təbii muzey)
Qayaüstü rəsmlər və müxtəlif təsvirlərlə zəngin olan təbii muzeydir. Bu qayaüstü təsvirlər e.ə. II və III minilliklərə aid edilir.
Heydər Əliyev Mərkəzi
Bakıda yerləşən Heydər Əliyev Mərkəzi iraqlı memar Zaha Hadidin yaratdığı ən möhtəşəm memarlıq nümunələrindən biri hesab olunur. Heydər Əliyev Mərkəzinin memarlığı özünəməxsus və fərqlidir.
Mərkəzin memarlığı ətrafındakı və şəhərdəki digər binalardan tamamilə fərqlənir. O, xüsusilə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adını daşıdığı üçün ölkənin müasir simasını əks etdirir.
İçərişəhər
İçərişəhərdə XII–XV əsrlər arasında inşa edilmiş çoxsaylı tarixi tikililər mövcuddur. Bunlara nümunə olaraq Bakı şəhərinin simvolu hesab olunan Qız qalasını, Şirvanşahlar Sarayı Kompleksini, Miniatür Kitab Muzeyini (muzeydə dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı miniatür kitablar kolleksiyası nümayiş etdirilir), həmçinin ənənəvi bazarları və məşhur restoranları göstərmək olar.
Qala Muzeyi
Tarixi-etnoqrafik açıq hava muzeyi paytaxt Bakıdan 40 km məsafədə yerləşir. Muzey Abşeron yarımadasının tarixinə həsr olunub.
Azərbaycan Milli Ədəbiyyat Muzeyi
Nizami Gəncəvinin adını daşıyan Azərbaycan Milli Ədəbiyyat Muzeyi Azərbaycanın ən gözəl muzeylərindən biri hesab olunur. Muzey Nizami küçəsində, İçərişəhərin giriş qapılarının yaxınlığında yerləşir. Muzeyin xarici divarlarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin heykəlləri yerləşdirilib.
Azərbaycan Milli Tarix Muzeyi
Muzey Azərbaycanın ən böyük xeyriyyəçilərindən biri olan Hacı Zeynalabdin Tağıyevin adını daşıyır. O, yoxsul və ehtiyacı olan insanlara etdiyi yardımlara görə Azərbaycan xalqı tərəfindən “millətin atası” adlandırılıb. Muzeyin binası Bakının ən gözəl memarlıq abidələrindən biri hesab olunur. Muzeydə Azərbaycan xalqının mədəni irsini qoruyan tarixi və arxeoloji eksponatlar nümayiş etdirilir.
Nizami küçəsi (Tarqovu)
Tarqovu küçəsi Bakı şəhərinin əsas ticarət mərkəzi hesab olunur. Burada məşhur brendlərin mağazaları, çoxsaylı restoranlar və gözəl fəvvarələr yerləşir.
Yanardağ
Yanardağ Xəzər dənizinə açılan Abşeron yarımadasının kəndlərindən birində yerləşir. Qədim dövrlərdən bəri dağın yamacında yanan təbii alov bu günə qədər sönmədən davam edir.
Göygöl
Gəncə bölgəsində, Qafqaz dağları arasında yerləşir və paytaxtdan 400 km məsafədədir. Göygöl dəniz səviyyəsindən 1566 metr yüksəklikdə yerləşən təbiət qoruğudur. Gölün ən dərin yeri 100 metrə çatır.
Bakı şəhərindəki ticarət mərkəzləri
- Port Baku Mall
- Crescent Mall
- PARK BULVAR
- Deniz Mall
- 28 MALL
- GANJLIK MALL
- PORT BAKU MALL
- METROPARK SHOPPING MALL
Təbii müalicə mərkəzləri
Müalicəvi neft Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. Bu, qatran və kükürddən ibarət, benzol tərkibli olmayan xüsusi neft növüdür. Naftalan nefti sümük-əzələ xəstəliklərinin, sinir sistemi xəstəliklərinin, dəri xəstəliklərinin və qadın xəstəliklərinin müalicəsində istifadə olunur.
DUZDAĞ
“Duzdağ” təbii fizioterapiya müalicə mərkəzi Naxçıvanda yerləşir. Burada allergik xəstəliklər, xüsusilə bronxial astma müalicə olunur.
CHENOT PALACE GABALA
Qəbələ şəhərində yerləşir. Təbii müalicə, fizioterapiya və kosmetoloji xidmətlər təqdim edir.
Xəstəxanalar
Liv Bona Dea Hospital
Ünvan: 2 Mehdi Abbasov küçəsi, Bakı 1060, Azərbaycan
Telefon: +994 12 525 09 00
Mobil: +994 50 251 99 01, +994 50 563 82 56
Çağrı mərkəzi: +994 41 290 00
MediClub Poliklinikası
Ünvan: Üzeyir Hacıbəyli küçəsi 119, Səbail rayonu, Bakı, AZ1010
Telefon: +994 12 497 09 11, +994 12 497 09 12, +994 12 497 09 13
Mobil: +994 50 225 59 11, +994 50 220 48 11
Təcili yardım (24/7): +994 12 691 11
https://www.mediclub.az/en/clinics/mediclub-polyclinic
MediClub Hospital
Ünvan: İslam Səfərli küçəsi 33, Yasamal rayonu, Bakı, AZ1009
Telefon: +994 12 596 82 11, +994 12 498 89 11, +994 12 310 09 11
Mobil: +994 50 250 49 11
Təcili yardım (24/7): +994 12 691 11
https://www.mediclub.az/en/clinics/mediclub-hospital
MediClub KIDS
Ünvan: İzzət Nəbiyev küçəsi 30A, Bakı, AZ1002
Telefon: +994 12 525 09 29, +994 12 252 09 19
Mobil: +994 50 200 06 40
Təcili yardım (24/7): +994 12 691 11
https://www.mediclub.az/en/clinics/mediclub-kids
MediClub Dental
Ünvan: İzzət Nəbiyev küçəsi 28A, Səbail rayonu, Bakı, AZ1073
Telefon: +994 12 497 11 41, +994 12 525 17 56
Mobil: +994 50 200 06 70
Təcili yardım (24/7): +994 12 691 11
https://www.mediclub.az/en/clinics/mediclub-dental
Central Clinic Hospital
Ünvan: Parlament prospekti 76, Bakı, AZ1006
Telefon: +994 12 492 10 92
Mobil: +994 24 667 13
Təcili yardım (24/7): +994 41 210 05
Paytaxtda taksi xidmətləri:
Bolt
Uber
Taxi 189
Təcili yardım nömrələri:
- Yanğınsöndürmə: 101
- Polis: 102
- Təcili tibbi yardım: 103
BƏƏ Turizmi
