Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə toplantısında iştirak edib

C.A. 15.10.2026

Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri cənab Xəlifə Şahin Əl-Murər paytaxt Bakı şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə toplantısında iştirak edib. Tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri cənab Muhəmməd Murad Əl-Bəluşi də iştirak edib.

Cənab Xəlifə Şahin Əl-Mərrər çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlətlər arasında əlaqələrin qurulmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

O, ümumi çağırışların öhdəsindən gəlməyin sülh və sabitliyin təmin olunması üçün əsas şərt olduğunu qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin dialoqu, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqların qurulmasını dəstəkləyən mövqeyini bir daha təsdiqləyib.