BƏƏ-nin Bakıdakı səfirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mədəni tədbir təşkil edir
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı və Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti və Azərbaycanın Milli İncəsənət Muzeyinin iştirakı ilə hər iki ölkənin mədəniyyət və turizmini təbliğ etmək məqsədilə “BƏƏ və Azərbaycan muzeyləri – zəngin keçmişlə perspektivli gələcək arasında danışılan bir hekayə” şüarı altında paytaxt Bakıdakı Milli İncəsənət Muzeyində mədəni tədbir təşkil etmişdir.
Tədbir çərçivəsində BƏƏ-nin Bakıdakı səfiri cənab Muhəmməd Əl-Bəluşi çıxış edərək iki dost ölkə arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətləri xüsusi qeyd etmişdir. O, həmçinin irs muzeylərinin roluna diqqət çəkmişdir.
Tədbirdə Azərbaycanın Mədəniyyət nazirinin müavini və Azərbaycanın bir sıra yüksək vəzifəli dövlət rəsmiləri iştirak etmişdir.
Tədbir zamanı iki dost ölkə arasında mədəni və turizm sahələrində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi yolları da müzakirə edilmişdir.
