BƏƏ-nin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Muhəmməd Murad Əl-Buluşi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbov ilə görüşüb. Görüş zamanı iki dost ölkə arasında gənclər və idman sahələrində birgə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran mühüm beynəlxalq və regional məsələlər müzakirə olunub.